Del Pyeronu dilə gətirdi – Azərbaycanda oynamış keçmiş futbolçunun oğlu
“Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya haqda fikirlərini bölüşüb.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, De Pyero gürcü futbolçunu yüksək qiymətləndirib:
“Napoli” Kulibali və İnsinyenin gedişindən sonra zəifləyib? Xeyr, əksinə. Düşünürəm ki, “Napoli” daha da güclənib! Baş məşqçi Luçano Spalettinin əməyini çox yüksək qiymətləndirirəm.
Kvaratsxeliya inanılmazdır. Onun istedadı var. Bu adam Avropada oynamaq üçün yaradılıb.
Kimi Çempionlar Liqasının favoriti adlandırmaq olar? “Mançester Siti”, PSJ, “Bayern”, “Real”, “Liverpul” və “Çelsi”.
Kvaratsxeliya cari mövsümün startından əvvəl “Dinamo”dan (Batumi, Gürcüstan) “Napoli”yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. Badri Azərbaycan milli komandasının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin