
Del Pyero Klublararası dünya çempionatını təriflədi
Klublararası dünya çempionatı mütəmadi olaraq tənqid olunsa da, italiyalı sabiq hücumçu Alessandro Del Pyero özünü yeni formatda ilk dəfə keçirilən turnirin azarkeşi hesab edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə, komandalarını dəstəkləyən azarkeşləri tərifləyib:
“Bu, onların tərəfində inanılmaz həyəcanlıdır, oyunun ayrılmaz hissəsidir. Oyunçular da öz növbəsində, turnirin statusundan asılı olmayaraq, həmişə qalib gəlməyə çalışırlar. Parlaq rənglərlə, mahnılarla ab-havanın özü çox şey deməkdir və azarkeşlər zövq alır”.
Del Pyero karyerasını 2015-ci ildə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



