
Del Pyero 2012-ci ildən sonra ilk dəfə…
“Yuventus”un keçmiş futbolçusu Alessandro Del Pyero 2012-ci ildən bəri ilk dəfə Turin klubunun ev oyununa baş çəkib. “Qoca sinyora” A Seriyasının 33-cü turunda “Bolonya” ilə qarşılaşıb (1:1).
Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, keçmiş futbolçu 2012-ci ildə klubdan ayrıldıqdan sonra “Yuventus”un stadionunda olmamışdı.
Del Pyero 1993-2012-ci illərdə “Yuventus”da çıxış edib.
İtaliyalı sabiq futbolçu 289 qolla “Yuventus” tarixinin bombardiridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin