
“Yamal yetkin və qeyri-adi oynayır” – Sabiq futbolçu
İtaliya millisinin və “Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero ispaniyalı futbolçu Lamin Yamalın çıxışını yüksək qiymətləndirib.
Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, o, Yamalın hələ 18 yaşına çatmasa da, həm texnikası, həm də meydandakı yetkin davranışı ilə seçildiyini bildirib:
“Müqayisələri sevmirəm, xüsusilə, fərqli futbol dövrləri arasında. Amma Yamal çox təsiredicidir. Yetkin və qeyri-adi oynayır. Texniki baxımdan isə çox istedadlıdır. İnanılmaz bir kombinasiyadır”.
Yamal ötən il milli komanda ilə Avropa çempionu olub, hazırda isə “Barselona” ilə parlaq oyun nümayiş etdirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin