
“Real”ın sabiq baş məşqçisi Alonsonun narazı olduğu futbolçuları müdafiə etdi
“Real”ın baş məşqçisi Xabi Alonsonun komandanın hücumçuları Vinisius Junior və Kilian Mbappenin müdafiədəki çıxışından narazı olduğu deyilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun keçmiş çalışdırıcısı Visente del Boske buna öz münasibətini bildirib:
“Məşqçinin işi oyunçunun kim olduğunu bir az qəbul etmək və buna əsaslanaraq ən yaxşı performansı göstərməyə çalışmaqdır. Mbappeni bəyənirsənsə, oynamalıdır. Vinisiusu bəyənirsənsə, o da oynamalıdır. Onlar fərqli oynasaydı, Vinisius və Mbappe olmazdı. Biz çox vaxt oyunçuları olduğu kimi qəbul etməliyik”.
“Real” Klublararası dünya çempionatının yarımfinalında PSJ-yə 0:4 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



