Deku Flikdən daha risksiz oynamağı xahiş edib

“Barselona”nın idman direktoru Deku İspaniya kubokunun “Atletiko” ilə səfər matçından öncə komandanın baş məşqçisi Hans-Diter Fliklə danışıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Deku Flikdən keçmiş uğursuzluqları nəzərə alaraq, böyük səfər oyunlarında daha praqmatik oynamasını istəyib:

“Bu cür oyunlarda daha riskli futbol yoxdur”.

İspaniya kubokunun yarımfinalının cavab oyunu “Barselona”nın “Atletiko” üzərində 1:0 hesablı qələbəsi (ilk oyun – 4:4) ilə yekunlaşıb. Bu nəticə kataloniyalılara turnirin finalına yüksəlməyə imkan verib. Flikin yetirmələri həlledici matçda “Real”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button