Deku onun “Barselona”nı tərk etməməsi üçün çalışır

“Barselona”nın idman direktoru Deku müdafiəçi Ronald Arauxonu qış transfer pəncərəsində komandanı tərk etməməyə inandırır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalılar tərəfindən Uruqvay millisinin futbolçusuna 2026-cı ilin yayına kimi nəzərdə tutulan hazırkı müqaviləsinin uzadılması təklif olunub.

Daha əvvəl mətbuatda 25 yaşlı müdafiəçinin müqaviləni yenidən imzalamaq üçün bir neçə təklifdən imtina etdiyi və onun 50 milyon avroya tam transferi tamamlamağa hazır olan “Yuventus”a keçməyə yaxın olduğu haqda məlumatlar yayılıb.

Arauxo 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button