
Deku: “Olmo ilk gündən “Barselona”ya keçmək istəyirdi”
“Barselona”nın idman direktoru Deku ötən yay transfer pəncərəsində klubun planları barədə danışıb.
Komanda.az xəbər verir ki, Kataloniya klubunun rəsmisi “Barca Times”-a açıqlamasında bunları deyib:
“Keçən mövsüm komandamızı gücləndirə biləcək iki futbolçunu nəzərdən keçirmişdik: Dani Olmo və Niko Uilyams. Olmo ilk gündən “Barselona”ya keçmək istəyirdi və layihəyə inandığını göstərdi. Bu da prosesi asanlaşdırdı. Uilyams isə belə etmədi”.
27 yaşlı Olmo cari mövsümdə bütün turnirlərdə 38 oyunda meydana çıxaraq, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona” cari mövsümdə La Liqada 37 turdan sonra 85 xal toplayaraq, vaxtından əvvəl çempionluğu təmin edib. Kataloniyalıların son turdakı rəqibi “Atletik” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


