Deku Yamalı baş məşqçinin cəzasından xilas edib

“Barselona”nın baş məşqçisi Hans-Diter Fliq daha əvvəl oyun öncəsi toplantıya və ya məşqlərə gecikən futbolçuları start heyətindən çıxarmaqla cəzalandırırdı.

Komanda.az AS-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının PSJ ilə matçından (1:2) əvvəl toplantıya vaxtında gəlməyən Lamin Yamala hansısa cəza tətbiq olunmayıb və o, həmin oyunda start heyətində meydana çıxıb.

Flikin Yamalın start heyətində oynamamasına qərar verməsindən sonra “Barselona”nın idman direktoru Deku müdaxilə edib və onun oyunda iştirak etməsini təmin edib.

Yamala cəzanın tətbiq olunmaması bəzi oyunçular arasında təəccüb doğurub. Belə ki, əvvəlki hallarda bu tip hadisələrə görə Jül Kunde, Rafinya və İnyaki Penya cəzalandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button