Deku Messi haqda: “Hər iki tərəf üçün yaxşı sonluq oldu”

“Barselona”nın idman direktoru Deku argentinalı futbolçu Lionel Messinin 2023-cü ildə kluba geri dönməməsi ilə bağlı açıqlama verib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bu qərarın həm Messi, həm də klub üçün ən doğru yol olduğunu deyib:

“2023-cü ildə Messinin qayıdışı? Ola bilsin, Parisdə keçirdiyi uğursuz dövrdən sonra Mayamiyə köçmək onu daha çox cəlb edirdi. “Barselona”da üzərinə çox böyük təzyiq düşəcəkdi. Fikrimcə, hər şeyin bu şəkildə başa çatması hər iki tərəf üçün yaxşı sonluq oldu. “Barselona” yenidənqurma yoluna davam etdi, Messi isə öz yolunu seçdi”.

37 yaşlı Messi 2023-cü ilin yayında ABŞ-ın “İnter Mayami” klubuna keçib. Onun müqaviləsinin müddəti bu ilin sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button