“Barselona” bu yay 2 transfer hədəfləyir

“Barselona” yay transfer pəncərəsi ilə bağlı planları barədə qərar verib.

Komanda.az “sport”-a istinadən xəbər verir ki, “Barsa”nın idman direktoru Deku yalnız iki sövdələşməni hədəfləyir. Joao Feliks və Joao Kanselonu icarədən tam almaqla yanaşı, klub rəsmisi komandaya müdafiəyəmeyilli yarımmüdafiəçi və sol cinah oyunçusu dəvət etmək istəyir. Kataloniyalılar üçün transfer pəncərəsinin rahat keçəcəyi gözlənilir.

Daha əvvəl “Barselona”nın “Mançester Siti”dən yarımmüdafiəçi Bernardo Silvanı 50 milyon avroya ala biləcəyi bildirilirdi. Lakin portuqaliyalı futbolçunun Kataloniya komandasına qoşulmaq ehtimalı azdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button