“Biz tələsik qərarlar vermədik” – “Barselona” rəsmisi
“Barselona”nın idman direktoru Deku İspaniya millisinin və “Atletik”in cinah oyunçusu Niko Uilyamsın uğursuz transferindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“İlk olaraq, baş məşqçi dedi ki, keyfiyyətli alış-veriş edə bilmiriksə, o zaman heyətdə olanlarla oynamalıyıq. Biz onun sözlərini qəbul etdik və tələsik qərarlar vermədik. Bir başlanğıc götürsəz, o, yüksək səviyyəli olmalıdır. O an bizim başqa prioritetlərimiz var idi, ona görə də, başqa cinah oyunçusu almamağa qərar verdik”.
Uilyams bu mövsüm dörd oyun keçirib, qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin