
Deku DÇ-2026 üçün favoritlərinin adlarını açıqladı
“Barselona”nın idman direktoru Deku hansı komandaları 2026-cı ildə keçiriləcək dünya çempionatının əsas favoriti hesab etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu komandaların adlarını çəkib:
“İspaniya millisi bütün komandalar arasında ən mütəşəkkil heyətə sahibdir. Mən ispanları mundialın əsas favoritləri siyahısında birinci yerləşdirərdim.
Çox güclü məşqçi Lionel Skaloni ilə Argentina yığmasını qeyd etməmək mümkün deyil.
Sonra Braziliya, Fransa və Portuqaliyanın, eləcə də, hələ də yenidən strukturlaşma mərhələsində olan Almaniya millisinin adını çəkərdim”.
2026-cı il dünya çempionatı iyunun 11-də başlayacaq, final oyunu isə iyulun 19-da keçiriləcək. Turnir ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Argentina millisi son dünya çempionudur.
Bizi Facebook-da izləyin



