AÇ-2024: “Onlara zəng edin”

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə millisinin 2024-cü il Avropa çempionatı üçün yekun heyətinə Cek Qriliş və Ceyms Medisonun çağırılmamasına münasibət bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu onların bu qərardan üzüldüklərini söyləyib:

“Onlara zəng edin. Təbii ki, bu qərardan üzüləcəklərini deyəcəklər”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə yığması C qrupunda yer alıb və Sloveniya, Serbiya və Danimarka milliləri ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button