“Tezliklə İtaliyada görüşərik” – İbrahimoviç
Dekabrın sonuna qədər “Los Anceles Qalaksi” ilə müqaviləsi olan Zlatan İbrahimoviç İtaliyaya qayıdacaq.
Komanda.az xəbər verir ki, bu barədə isveçli hücumçu İtaliya mətbuatına açıqlamasında deyib:
“Yenidən qalib gəlməli, tarixini yeniləməli və problemi həll etməli olan komandaya qoşulacam. Bu, sizi təəccübləndirmək üçün lazımi motivasiya tapa biləcəyim yeganə yoldur. Bu, sadəcə komanda seçimi ilə bağlı deyil, ailəmin də maraqlarının olduğu digər amillər də var. Tezliklə İtaliyada görüşərik”.
İbrahimoviçin “Milan”la yaxın zamanda rəsmi müqavilə imzalayacağı gözlənilir. 38 yaşlı hücumçu 2010-2012-ci illərdə də A Seriyası təmsilçisində forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin