“Debütantlardan razı qaldım” – Borisov

Bu gün keçirilən Çexiya – Azərbaycan oyunundan sonra futzal yığmamızın baş məşqçisi Vitali Borisov açıqlama verib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi.

Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar bir qədər fərqli oyunçudur. O, “stolb” kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button