Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

Futbol üzrə İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsinə qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda Finlandiya ilə ev oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb.

Bu görüş meydan sahiblərinin hücumçusu Moyze Ken üçün əlamətdar olub. Belə ki, qarşılaşmanın 74-cü dəqiqəsində rəqib qapısına yol tapmaqla yekun nəticəni müəyyənləşdirən “Yuventus”un forvardı İtaliya yığmasında 1958-ci ildən sonra qol vuran ən gənc futbolçuya çevrilib.

19 yaşlı forvard bu uğuruna İtaliya yığmasındakı debüt matçındaca nail olub.

Ken həm də İtaliya yığmasının tarixində qol vuran ikinci ən gənc futbolçu olub (19 yaş, 23 gün). Bu komandanın ən gənc qolçusu isə 1958-ci ildə 18 yaş, 258-ci günündə fərqlənmiş Bruno Nikoldu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button