“De Zerbinin “Brayton” üçün etdikləri inanılmazdır” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Brayton”un çalışdırıcısı Roberto De Zerbinin işini yüksək qiymətləndirib.

Komanda.az “This is Anfield”-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin işinin öhdəsindən çox yaxşı gəldiyini bildirib:

“Gələcəkdə onu izləməyə davam edəcəm! De Zerbinin hazırda “Brayton” üçün etdikləri inanılmazdır. Mən onun etdiklərinə həqiqətən hörmət edirəm. “Brayton” Aleksis Makallister və Moyses Kaysedonu itirdi, onların çoxlu zədəliləri var idi. Amma De Zerbi bu komandanı bir araya gətirməyi bacardı. Komandanın bir neçə vacib oyunçusunu itirdiyini bilərək, onun nə qədər yaxşı iş gördüyünü başa düşürsən. Bu, əsl dəlilikdir”.

De Zerbi 2022-ci ilin sentyabrından “Brayton”a rəhbərlik edir. Komanda İngiltərə çempionatının cari mövsümündə 29 turdan sonra 42 xal toplayıb və hazırda 9-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button