De Zerbinin top-klub arzusu

“Brayton”un baş məşqçisi Roberto De Zerbi mövsümün sonunda Avropanın böyük komandalarından birinə rəhbərlik etməyə ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis müqaviləsinin 2026-cı ilə qədər olmasına baxmayaraq, “Brayton”dan getməyə hazırdır.

Daha əvvəl mətbuatda “Liverpul”, “Mançester Yunayted”, “Barselona”, “Bayern” və digər klubların italiyalı məşqçini dəvət etməkdə maraqlı olduğu barədə xəbərlər yayılmışdı.

De Zerbi 2022-ci ilin sentyabrından “Brayton”a rəhbərlik edir. 28 oyundan sonra onun komandası 42 xalla Premyer Liqada 9-cu pillədə qərarlaşıb.

De Zerbi əvvəllər “Şaxtyor”, “Sassuolo”, “Benevento”, “Palermo” və “Foccia”nı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button