
Ten Haqı əvəzləməyə əsas namizəd odur
“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, İngiltərə klubunun sahibləri hazırkı baş məşqçi Erik ten Haqın mövsümün sonunda komandanı tərk edəcəyini düşünür. De Zerbi niderlandlı mütəxəssisin yerinə əsas namizədlərdən biridir.
De Zerbi 2022-ci ilin sentyabrından “Brayton”a rəhbərlik edir. Onun komandası 26 oyundan sonra 39 xalla Premyer Liqanın turnir cədvəlinin 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin