De Zerbi Ansu Fatinin razılığını alıb?
“Brayton”un baş məşqçisi Roberto de Zerbi “Barselona”nın hücumçusu Ansu Fati ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis 20 yaşlı forvardla danışıb və onu Premyer Liqa klubuna keçməklə bağlı razı salıb.
De Zerbi Fatiyə komandasının vacib fiquruna çevriləcəyini söyləyib.
Fati 2022/23 mövsümündə “Barsa”nın heyətində bütün turnirlər daxil olmaqla 51 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin