“Brayton”un baş məşqçisindən Ansu Fati açıqlaması
“Brayton”un baş məşqçisi Roberto de Zerbi bu mövsüm icarə əsasında komandada çıxış edən hücumçu Ansu Fatinin gələcəyi ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında “Barselona”ya məxsus olan ispaniyalı futbolçunun böyük istedad olduğunu bildirib:
“Fati çox böyük istedaddır.
Növbəti mövsüm? Mən bilmirəm. Tony Bloom (“Brayton”un sahibi), idman direktoru və skautlarla danışmalıyam. Sonra Ansu ilə danışacam”.
“Brayton” Fatini almaq fikrində deyil. “Barselona”ya gəlincə, rəhbərlik futbolçunu satmaq istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin