De Zerbi: “Çox məyusam”

“Marsel”in baş məşqçisi Roberto De Zerbi UEFA Çempionlar Liqasının ilk turunda “Real”a məğlubiyyəti dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı çox məyus olduğunu deyib:

“Çox məyusam, çünki qalib gəlmək imkanımız var idi. Komandada çoxlu yeni oyunçular var və onların qısa müddətdə bir-birinə uyğunlaşması asan deyil. Amma futbolçulara dedim ki, bu gün başqa nəticə qazanmaq üçün kifayət qədər yaxşı oynadıq”.

De Zerbi həmçinin, matçdakı bəzi məqamları vurğulayıb:

“İnanıram ki, qalib gələ bilərdik. İlk 20 dəqiqədə çox sıxıntılı oynadıq, sonradan isə azadlaşdıq. Təəssüf ki, say üstünlüyünə baxmayaraq, rəqibi meydanın 20-30 metr önündə qarşılaya bilmədik. Belə etsəydik, qələbə daha real olardı”.

“Marsel” ümumi mərhələnin ilk oyununda “Real”a 1:2 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button