“Barselona” De Yonqun cavabını gözləyir – 3 aydır
“Barselona” futbolçusu Frenki de Yonqdan üç aydır cavab gözləyir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, payızda klub yarımmüdafiəçiyə maaş azaldılmadan mövcud müqaviləni 2029-cu ilin iyununa qədər uzatmaq təklifi edib. Lakin oyunçu hələ də cavab verməyib.
Niderlandlı futbolçunun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin