De Yonqun hakimlə dialoqu: “Fit çalmayacam, topu tez çıxart”

“Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonq Hollandiya Erediviziyasında “Qroningen”i 1:0 hesabıyla məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan 21 yaşlı yarımmüdafiəçi, oyunun baş hakimi Dennis Hiqler ilə arasında keçən dialoqu açıqlayıb:

“Hakim ayağıma endirilən zərbələrdə fit çalmırdı. Baş hakim Hiqlerə gedib bunun səbəbini soruşdum. O mənə, “sənin ayağına endirilən zərbələrdə fit çalmayacam, topu ayağından tez çıxart” deyə cavab verdi. Mən də ona “özünə görə qərarlar qəbul etmə, qaydalara uyğun oyun idarə et” dedim.

Ayağımda yüngül yara izləri var. Ancaq yaxşı olacam. “Qroningen” bir az sərt oynasa da, nə qədər yaxşı rəqib olduğunu göstərdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button