“Barselona” futbolçusunu 100 milyon avroya satmaqdan imtina edib
“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqu satmaqdan imtina etdiklərini açıqlayıb.
Komanda.az “Tv3”-ə istinadən xəbər verir ki, o, niderlandlı futbolçu üçün 100 milyon avro təklif aldıqlarını deyib:
“Keçən il Frenki de Yonq üçün 100 milyon avro təklif etmişdilər, lakin biz onu satmadıq. Transfer bazarında yer almamalı çox futbolçu var”.
De Yonq 2019-cu ildən La Liqa klubunun formasını geyinir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin