“De Yonqu ”Çelsi”yə təklif etməmişik” – Laporta
“Barselona”nın prezidenti Xuan Laporta bildirib ki, Kataloniya klubu yarımmüdafiəçi Frenki de Yonqu “Çelsi”yə təklif etməyib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, London klubunun yeni sahibi Todd Boeli ilə görüşdə futboldan danışdıqlarını deyib:
“Barselona” heç vaxt de Yonqu “Çelsi”yə təklif etməyib. Yox, yox, belə bir şey olmayıb. Barselonada Todd ilə gözəl nahar etdik və futbol haqqında danışdıq. Todd qeyri-adi bir insandır. “Çelsi” ilə heç bir problemimiz yoxdur. Sadəcə elə oldu ki, onların almaq istədikləri bəzi futbolçuları biz aldıq”.
De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin