De Yonqdan komanda yoldaşına dəstək sözləri

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komanda yoldaşı, almaniyalı qapıçı Mark-Andre ter Ştegenə dəstəyini ifadə edib.

Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu, son günlər Ter Ştegenin kapitanlıq sarğısından məhrum ediləcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib:

“Mənim üçün o, hələ də bizim kapitanımızdır. Ter Ştegen yüksək səviyyəli futbolçudur və daim komandamız üçün əlindən gələni edib. Şəxsən mən onu hər zaman dəstəkləyəcəm”.

33 yaşlı Ter Ştegen hazırda belindəki zədə səbəbindən “Barselona”nın zədəli oyunçuları siyahısındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button