“Mançester Yunayted”in de Yonq üçün yeni təklifi
“Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq üçün yeni təklif irəli sürüb.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, İngiltərə klubu futbolçu üçün 60 milyon avro və əlavə olaraq 20 milyon avro bonus təklif edib. “Barselona” təklifi nəzərdən keçirməyə hazırdır.
Həmçinin qeyd olunur ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq həmyerlisini kluba keçməyə inandırıb və “qırmızı şeytanlar”ın oyununu onun ətrafında quracağına söz verib.
De Yonq 2019-cu ildən “Barselona”da çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin