“Yuventus”un de Yonq üçün təklifi rədd edildi
“Yuventus” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Turin klubu niderlandlı yarımmüdafiəçini oyunçularından biri ilə dəyişmək istəyir. Lakin katalonlar buna qarşıdır və Frenki de Yonq üçün 70 milyon avro tələb edirlər. Amma “Yuventus” belə bir məbləği ödəməyə hazır deyil. Çünki turinlilər bir müddət əvvəl “Fiorentina”dan Duşan Vlahoviçin transferinə kifayət qədər pul xərcləyib.
Müqaviləyə mane olan digər məqam Frenki De Yonqun “Barselona”da aldığı maaşdır. Bu, “Yuventus”un maaş limiti olaraq təyin etdiyi illik 7 milyon avronu aşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin