De Yonq satışa çıxarılacaq?
Frenki de Yonq hələ də “Barselona” ilə yeni müqavilənin şərtlərini razılaşdırmayıb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu niderlandlı oyunçunun müqaviləni imzalamadığı təqdirdə, satışa çıxarıla biləcəyi mövqeyi tutub. Tərəflər arasındakı hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq.
27 yaşlı futbolçu 2019-cu ildən “Barsa”nın rənglərini qoruyur. O, İspaniya çempionatının cari mövsümündə 4 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin