De Yonq: “Səbirli olmalı və vəziyyəti başa düşməliyəm”
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Malyorka” ilə oyundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu qələbə yoluna qayıtdıqları üçün şad olduqlarını bildirib:
“Komandadakı rolum? Səbirli olmalı və vəziyyəti başa düşməliyəm. Mən təkmilləşmək üçün çox çalışacam. Gəlin görək, işlər necə gedir.
Qələbə yoluna qayıtdığımız üçün şadıq. Xüsusilə, son nəticələrimizi nəzərə alsaq, qələbə qazanmaq bizim üçün vacib idi. Qol vurmaq həmişə xoşdur”.
27 yaşlı futbolçu 72-ci dəqiqədə əvəzetmədən meydana çıxsa da, rəqibin məğlubiyyətində birbaşa iştirak etməyi bacarıb. O, qol vurub və məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin