
De Yonq La Liqa oyununu buraxa bilər
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatında “Jirona” ilə oyunu buraxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçuya əlavə əzələ yüklənməsi diaqnozu qoyulub və bu səbəbdən məşqçilər heyəti “Atletiko” ilə kubok matçını nəzərə alaraq, “Jirona” ilə oyunda ona istirahət verə bilər.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 30 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
La Liqanın 29-cu turunun “Barselona” – “Jirona” oyunu martın 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


