De Yonq məşqlərə başlayıb
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq qrupla məşqlərə qayıdıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu ayaq biləyindən aldığı zədə səbəbindən sentyabr ayından bu yana meydana çıxmayıb. 26 yaşlı oyunçu noyabrın 25-də baş tutacaq “Rayo Valyekano” ilə matçda oynamağa hazır olacaq.
De Yonq 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya keçib. O, bu mövsüm meydana çıxdığı 6 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin