
De Yonq La Liqa matçını buraxacaq
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq barədə yeni məlumatlar yayılıb. O, Niderland millisi ilə məşqlərdə yüngül zədə almışdı.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, De Yonq şənbə günü komanda ilə məşq edib, ancaq görünür ki, o, La Liqanın “Valensiya” ilə sentyabrın 14-də keçiriləcək matçında iştirak edə bilməyəcək.
Klub niderlandlı oyunçunun həyəcanlı və tələsik şəkildə meydanda olmasını istəmir.
De Yonqun UEFA Çempionlar Liqasında “Nyukasl”la sentyabrın 18-də keçiriləcək oyunda iştirak edə biləcəyi gözlənilir.
Kataloniya komandası hazırda La Liqada 3 turdan sonra 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



