De Yonq Kataloniya derbisində iştirak edə biləcək

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun vəziyyəti ilə bağlı məlumat ortaya çıxıb.

Niderlandlı oyunçu İspaniya çempionatının “Osasuna” ilə keçirilən matçında (3:0) fasilədə əvəzlənib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu La Liqanın 29-cu turunda “Jirona”ya qarşı keçiriləcək oyunda iştirak edə biləcək.

De Yonq ümumilikdə bu mövsüm bütün yarışları nəzərə alsaq, 30 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Kataloniya derbisi sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button