“De Yonq hələ hazır deyil” – Kuman

Niderland millisinin baş məşqçisi Ronald Kuman yaydan bəri sıradan çıxan komandanın yarımmüdafiəçisi Frenki de Yonqun durumundan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun hələ məşq üçün hazır olmadığını bildirib:

“De Yonq hələ hazır deyil, bu, bizi narahat edir. Onun zədə almasından xeyli vaxt keçib. O, yaxşılaşır, amma hələ də hazır deyil. De Yonqun dizi nəzərəçarpacaq dərəcədə zədələnib, ona görə də onu gözləmək və lazımi qaydada sağalmağı üçün ona vaxt vermək istəyirik”.

27 yaşlı yarımmüdafiəçi son Avropa çempionatında komandasına kömək edə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button