De Yonq ÇL matçını buraxmaq üçün özünü xəstəliyə vurub? – Açıqlama

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun agenti Əli Dursun futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Antverpen”lə matçını (2:3) buraxmaq üçün özünü xəstə göstərməsi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, agent yayılan məlumatların yalan olduğunu bildirib:

“Bu saxta məlumatdır. Tam cəfəngiyyatdır, uzun müddətdir De Yonq haqqında yazılan ən axmaq şeydir. O, sadəcə xəstələndi. Onun qızdırma əlamətləri var idi və heç yerə gedib oynaya bilməzdi. Frenki peşəkardır, başqalarına nümunədir. Klubun idman direktoru Deku ilə münasibətimiz əla və sabitdir”.

Dekabrın 14-də məlumat yayılıb ki, klubun idman direktoru Deku niderlandlı futbolçudan xəstəliyə görə həkimdən arayış alıb göstərməsini istəyib.

“Antverpen”ə məğlub olmasına baxmayaraq, “Barselona” H qrupunda 12 xalla birinci yerdə qərarlaşıb və Çempionlar Liqasının 1/8 finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button