“Barselona”nı borca görə tərk etmək istəmir
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq 20 milyon avroluq maaş borcu həll olunana qədər Kataloniya klubunu tərk etməkdən imtina edib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu və ətrafı “Barsa”nın onu sırf maliyyə səbəbindən satmaq istədiyini düşünür.
Yarımmüdafiəçinin problem həll olunan kimi təklifləri dinləməyə hazır olduğu qeyd edilir.
De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin