“Barselona” ilə de Yonq arasında fikir ayrılığı
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq gələn il komandanı tərk etmək fikrində deyil.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” “Çelsi” və “Mançester Yunayted”in hədəfində olan 25 yaşlı futbolçunu satmaq istəyir, lakin onun özü transferdən bir daha imtina edəcək.
Daha əvvəl bildirilmişdi ki, niderlandlı futbolçu qış transfer pəncərəsində agentləri ilə əlaqə saxlayan “Liverpul”a transfer olunmağı planlaşdırır.
De Yonq “Barselona”ya 2019-cu ilin yayında “Ayaks”dan keçib. O, bu mövsüm İspaniya çempionatında və Çempionlar Liqasında 15 matçda 1 qol vurub. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin