De Yonq “Barselona”dan ayrılmaq istəyir
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubundan ayrılmağı düşünür.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə “Barselona”nın heyətində 33 matçdan 26-da forma geyinib. Lakin xəbərdə bildirilir ki, niderlandlı futbolçu oyun zamanı tez-tez dəyişdirilməsindən narazıdır. La Liqanın son turunun “Rayo Valyekano” ilə oyununda (0:1) baş məşqçi Xavi artıq görüşün 60-cı dəqiqəsində Frenki de Yonqu əvəzləyib. Yarımmüdafiəçi bundan narazılığını gizlətməyib və birbaşa paltardəyişmə otağına yollanıb.
24 yaşlı futbolçu ilə “Bayern” və PSJ yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin