
“Barselona” De Yonqu İngiltərə klubuna sata bilər
Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq yay transfer pəncərəsində “Barselona”dan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun transferində İngiltərə Premyer Liqasının iki top-klubu – “Arsenal” və “Liverpul” maraqlıdır.
“Barselona” rəhbərliyi De Yonqun satışından 50-70 milyon avro qazanmağı planlaşdırır. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



