“De Yonq “Barselona”da xoşbəxtdir” – Klub prezidenti
“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqla 2026-cı ilin yayında başa çatacaq müqavilənin mümkün uzadılması haqda danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, müqavilənin müddətini uzada biləcəklərini bildirib:
“Bəli, o, “Barselona”da xoşbəxtdir. Onun ən son istədiyi şey “Barselona”dan ayrılmaq idi. O, mənə bir neçə dəfə dedi ki, buranı çox sevir. Biz bundan məmnunuq. Kimsə klubdan getmək istəyirsə, o zaman futbolçunun qərarına qarşı çıxa bilmərik. Amma düşünürəm ki, hamı qalmaq istəyir, biz də istəyirik ki, hamı qalsın”.
De Yonq 2019-cu ildən Kataloniya klubunda çıxış edir. Niderlandlı futbolçu bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin