De Yonq “Barselona”da qalır?
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunda qala bilər.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun “Mançester Yunayted”ə keçidinin uğursuzluğa düçar olması ehtimalı var. Bütün proseslər futbolçunun “Barselona”nı tərk etməyəcəyini göstərir.
De Yonq ötən mövsüm kataloniyalıların heyətində 45 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin