Xavi onu “Barselona”da saxlamaq istəyir
“Barselona” “Sevilya”nın hücumçusu Luk de Yonqun icarə müddətini uzadacaq.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barsa”nın baş məşqçisi Xavi hazırda icarə əsasında komandada çıxış edən niderlandlı forvardın oyunundan çox məmnundur. O, bu mövsüm kritik qollara imza atan Luk de Yonqun növbəti mövsüm də klubda olmasını istəyir. Kataloniyalılar futbolçunu komandada hazırkı şərtlərlə saxlamaq niyyətindədir.
Luk de Yonqun “Sevilya” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin