De Yonq “Barselona” rəhbərliyindən narazıdır
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandanı tərk edə bilər.
Komanda.az “Esport3”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu mövsümün sonunda “Barselona”nı tərk etməyə hazırdır. 26 yaşlı oyunçu klub rəhbərliyindən məyusdur. Onun qərarına Xavinin baş məşqçi postunu tərk edəcəyi də təsir edib.
De Yonq 2019-cu ildən Kataloniya klubunda çıxış edir. O, bu mövsüm komandanın heyətində 15 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin