De Yonq 20 milyon avro maaş tələb edir
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq 20 milyon avro maaş və bonuslar müqabilində “Mançester Yunayted”ə keçməyə hazırdır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubu 25 yaşlı niderlandlını 65 milyon avro və 20 milyon bonus qarşılığında transfer etmək üçün kataloniyalılarla anlaşıb.
Xəbərdə qeyd olunur ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq “Ayaks”da birlikdə çalışdığı yarımmüdafiəçini komandasında görməyi çox istəyir. Bununla belə, “Mançester Yunayted”in de Yonqun transferi ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə, yarımmüdafiə xəttini gücləndirmək üçün alternativ variantları var.
De Yonq ötən mövsüm kataloniyalıların heyətində 45 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin