“Barselona”nın De Yonq dərdi
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun hələ də topuğunda problemlər var.
Komanda.az RAC1-ə istinadən xəbər verir ki niderlandlı futbolçunun apreldə “Real”la matçda aldığı zədənin müalicəsi istənilən nəticəni vermir. Onun son bir ay ərzində topuğunda çox da yaxşılaşma olmayıb.
De Yonq oynamağa başlasa, zədəsinin təkrarlanma riski yüksələcək. Çox güman ki, yarımmüdafiəçinin əməliyyata ehtiyacı olacaq. Bu vəziyyətdə bərpa daha bir neçə ay çəkəcək.
“Barselona” mövsümün əvvəlində İspaniya çempionatında keçirdiyi hər 3 oyunda qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin