De Xeanın istəyi bəlli oldu: İllik 30 milyon avro!

“Mançester Yunayted”in qapıçısı David de Xea, klub rəhbərliyinə yeni müqavilə bağlamaq üçün tələblərini bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperin yeni müqavilə üçün əsas şərti klubun ən çox məvacib alan üzvü olmasıdır. “Qırmızı şeytanlar”ın “çərçivə” qoruyucusuna illik 20 milyon avro olmaqla, 5 illik müqavilə təklif etdiyi, amma de Xeanın 30 milyon avro istədiyi bildirilir.

İspaniyalı qapıçının PSJ və “Yuventus”un transfer hədəfində olduğu deyilir.

“Mançester Yunayted”lə 2020-ci ilədək müqaviləsi olan de Xea, bu mövsüm iştirak etdiyi 34 oyunda 40 qol buraxıb, 10 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button