Ən çox “quru oyun” keçirən qapıçı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 38-ci turunda “Lester”ə 2:0 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, bu oyunda “qırmızı şeytanlar”ın qapısını toxunulmaz saxlayan qolkiper David de Xea klubun tarixinə düşüb. Belə ki, o, Premyer Liqada 113-cü matçda qapısını toxunulmaz saxlamağı bacarıb. Bu göstərici ilə ispan futbolçu, Premyer Liqa tarixində ən çox “quru oyun” keçirən qapıçı olub.
Əvvəlki ən yaxşı göstərici Peter Şmeyxelə məxsus idi. O, ümumilikdə 112 oyunda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin